Öncə gözlərinə inanmamışdı, indi də heç kim ona inanmır

© REUTERS / Mike BlakeЭмблема Google на здании компании в Калифорнии, США
Эмблема Google на здании компании в Калифорнии, США - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislərə görə, onun gördüyü Google-un fotorejimin işığı və ya fotoşop da ola bilər

BAKI, 29 noyabr — Sputnik. Google-un xəritəsində yadplanetli gəmi aşkar edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Avstraliyanın Darvin şəhər sakini Din Stoks Google-un xəritəsində yadplanetli gəmi aşkar edib.

© Photo : Gogle Street ViewGoogle-un xəritəsində yadplanetli gəmi
Google-un xəritəsində yadplanetli gəmi - Sputnik Azərbaycan
Google-un xəritəsində yadplanetli gəmi

Stoks xəritədə Tennat Krik şəhərini axtarırmış. O Google-un Street Viev rejiminə qoşulduğu üçün ətrafı canlı şəkildə görə bilirmiş. Bu zaman səmada yadplanetli gəmi görüb.

"Mən bilirəm, çox adam deyəcək ki, bu sadəcə nəyinsə kölgəsidir və ya buna bənzər bir şeydir. Lakin gördüyüm kögə filan deyildi, əsl yadplanetli gəmi idi" — deyə Stoks bildirir.

Mütəxəssislərə görə, onun gördüyü Google-un fotorejimin işığı və ya fotoşop da ola bilər. Ancaq Stoks yadplanetli gəmi gördüyünə əmindir.

Xəbər lenti
0