Sirkdən qaçan pələng uşaqlara hücum edib

© Sputnik / İgor Onuchin / Mediabanka keçidPələng, arxiv şəkli
Pələng, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı iki azyaşlı uşaq yaralanıb

BAKI, 28 noyabr — Sputnik. Çində dəhşətli hadisə yaşanıb. Ölkənin Şansi vilayətindəki sirklərdən birində pələng qəfəsdən çıxaraq tamaşaçılara hücum edib. Sputnik Azərbaycan "Daily Mail"-ə istinadən xəbər verir ki, hadisə zamanı iki azyaşlı uşaq yaralanıb. Onlar dərhal xəstəxanaya aparılıblar.

Sirkin rəhbərliyi qəfəsin qapısının açıq olduğunu və pələngin də bu səbəbdən bayıra qaçdığını deyib.

Xəbər lenti
0