13:30 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
150 0 0

"ABŞ Zərraba qarşı" məhkəmə işinin adı da dəyişdirilərək "ABŞ Atillaya qarşı" olub

BAKI, 28 noyabr — Sputnik. Amerika Birləşmiş Ştatlarında nəzarət altında saxlanılan, əslən azərbaycanlı olan biznesmen, İran və Türkiyə vətəndaşı Rza Zərrabdan yeni xəbər var. Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, Zərrabın işinə baxan hakim Riçard Berman onun müttəhim kimi dindirilməyəcəyini, sadəcə "Halkbank"ın baş direktor müavini Hakan Atillanın dindiriləcəyini söyləyib.

Rza Zərrab
© AP Photo / Depo Photos
Rza Zərrab

Türkiyə KİV-lərinin yazdığına görə, iranlı işadamı Rza Zərrab artıq ABŞ xüsusi xidmət və istintaq orqanları ilə əməkdaşlıq etməyə başlayıb. O, Qərb blokunun İrana qarşı embarqosunu qırdığını etiraf edib. Məhz etirafçı olduğuna görə dünənki məhkəmə iclasında da iştirak etməyib.

Məhkəmənin münsif heyəti də sadəcə Hakan Atilla üçün təyin olunacaq. "ABŞ Zərraba qarşı" məhkəmə işinin adı da dəyişdirilərək "ABŞ Atillaya qarşı" olub.

Qeyd edək ki, Amerika mətbuatı Rza Zərrabın həbsdən çıxarıldığı, ancaq hələ də nəzarət altında saxlanıldığı və prokurorluqla danışıqlara başladığı xəbərini yayıb.

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ ABŞ-da davam edən prosesi "Türkiyəyə qurulan tələ" adlandırıb.

Əlaqədar

Rza Zərrabın istintaqını Wall Street-i oyundankənar vəziyyətə salan prokuror aparır
Teqlər:
Hakan Atilla, məhkəmə, prokurorluq, istintaq, xüsusi xidmət, Rza Zərrab, Türkiyə, biznesmen, İran, azərbaycanlı, ABŞ, Amerika Birləşmiş Ştatları

Əsas mövzular