Türkiyənin nüfuzlu generalından kəskin bəyanat - Ərdoğan qəzəblənəcək

© AFP 2023 / ADEM ALTANРеджеп Тайип Эрдоган, президент Турции
Реджеп Тайип Эрдоган, президент Турции - Sputnik Azərbaycan
Abunə olmaq
İlkər Başbuğ: "Orduya dəstəyinə görə Dəniz Baykalın şəxsi həyatına sataşdılar"

BAKI, 28 noyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi İlkər Başbuğ, ölkədəki ən cəsur siyasətçinin hazırda xəstəxanada olan CHP-nin keçmiş sədri Dəniz Baykal olduğunu deyib. Sputnik Türkiyə xəbər verir ki, o, bu barədə Baykalı xəstəxanada ziyarət edərkən jurnalistlərə danışıb.

"Türkiyə Silahlı Qüvvələri 2007-ci ildən etibarən çox ciddi təxribatlarla üzləşdi. Həmin ərəfədə Dəniz bəy heç tərəddüd etmədən, bu pusquların qarşısında, ordunun yanında yer aldı. Çünki o, bu əməliyyatların arxasında FETÖ-nün durduğunu görürdü" — Başbuğ bildirib.

© Photo : Gazete ManifestoTürkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi İlkər Başbuğ
Türkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi İlkər Başbuğ - Sputnik Azərbaycan
Türkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi İlkər Başbuğ

"Əslində çoxları bunu görürdü, amma qorxudan susurdu. Düşünürdülər ki, Fətullah Gülən onlara bir şey edər. Hətta bəziləri bu təxribatlara dəstək də verdilər. Nəticədə bu günlərə gəldik" — sabiq ordu rəhbəri əlavə edib.

Daha sonra o deyib: "Biz Dəniz Baykalın Türkiyə Silahlı Qüvvələrinə dəstəyini heç zaman unutmamalıyıq. Məhz bu dəstəyinə görə, onun özünə və şəxsi həyatına da sataşıldı. Kaset əməliyyatı buna görə idi".

Xəbər lenti
0