02:29 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
55 0 0

İsrailli nazirin bəyanatı etiraz doğurub: "Misir Sina yarımadasının bir qarış torpağını belə güzəştə getməyəcək"

BAKI, 28 noyabr — Sputnik. Noyabrın 27-də Misirdə keçirilən konfransda iştirak etmək üçün Qahirəyə gələn İsrailin sosial bərabərlik naziri Gila Gamlielin verdiyi bəyanat gündəm yaradıb. O, misirli jurnalistlərə açıqlamasında deyib: "Sizin Sina yarımadası fələstinlilərin dövlət qurması üçün ən yaxşı yerdir".

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bəyanat Misirdə ciddi etirazla qarşılanıb. Ölkənin xarici işlər naziri Samih Şukri, israilli nazirin dediklərinin qəbuledilməz olduğunu bildirib.

"Millətimizin qanı ilə suvarılan Sina yarımadası başda olmaqla, Misir öz torpaqlarındakı suverenliyi hədəf alan hər cür bəyanatı qəti şəkildə rədd edir. Misir Sina yarımadasının bir qarış torpağını belə güzəştə getməyəcək və kimlərinsə oraya hücumuna imkan tanımayacaq" — nazir qeyd edib.

Xatırladaq ki, bu ilin fevralında İsraildəki xristian "Dürzi" Cəmiyyətinin təmsilçisi, həm də dövlət naziri olan Eyyub Qara bildirmişdi ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa yeni plan təqdim edib. Həmin plana əsasən, "Fələstin xalqı öz tarixi torpaqlarından köçürülərək Misirin Sina yarımadasına yerləşdirilir və orada Fələstin dövləti qurulur".

İddiaya görə, həmin plan Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisiyə də təqdim olunub. Sisi sözügedən plana etiraz etməyib.

Əlaqədar

İsrail əsgərləri ilə fələstinlilər arasında qarşıdurma yaşanıb
BMT sammitində İsrail-Fələstin "atışması"
Araz Əzimov İsrail və Fələstinə səfər edib
Qüdsdə İsrail-Fələstin qarşıdurması, 40 fələstinli yaralandı
İsrail əsgərləri fələstinliləri öldürməkdə davam edir
İsrail fələstinli xristianlara qaz bombası ilə müdaxilə etdi
Teqlər:
Fələstin, Sina yarımadası, Gila Gamliel, nazir, İsrail, Qahirə, Misir

Əsas mövzular