02:46 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Səudiyyə Ərəbistanında yerləşən Müdafiə Nazirliyi kompleksi yaxınlığında baş verən hava hücumundan sonra bir yerə toplaşan insanlar

Hər 10 dəqiqədə 1 uşaq ölən məmləkət

© AP Photo / Hani Mohammed
DÜNYA
Qısa URL
112 0 0

Gert Kapilar Yəməndə müharibənin davam etməsinə baxmayaraq, təmsil etdiyi qurumun bu ölkəyə humanitar yardıma davam edəcəyini söyləyib

BAKI, 27 noyabr — Sputnik. Yəməndə hər 10 dəqiqədə 1 uşaq dünyasını dəyişir. Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Gert Kapilar məlumat verib.

"Yəməndə hər 10 dəqiqədə 1 uşaq müalicəsi mümkün olan xəstəliklərdən ölür. Təəssüf ki, bu ölkə uşaqlar üçün yaşanılacaq ən pis yerdir. Əgər geridə qalan 11 milyon uşaq tibbi yardım almasa, fəlakətin səviyyəsi daha da arta bilər" — direktor qeyd edib.

UNİCEF rəsmisi deyib ki, Yəməndə 2 milyona yaxın uşaq yetərli ölçüdə bəslənmir.

Gert Kapilar Yəməndə müharibənin davam etməsinə baxmayaraq, təmsil etdiyi qurumun bu ölkəyə humanitar yardıma davam edəcəyini söyləyib.

Əlaqədar

Uşaq “Avroviziya” müsabiqəsinin qalibi məlum olub
Terror qurbanları arasında uşaqların sayı dəhşət doğurur
Şok hadisə: Körpə uşaq narkotik dozasından öldü
Teqlər:
Birləşmiş Millətlər Təşkilatı, UNICEF, Gert Kapilar, Yəmən, Şimali Afrika, Yaxın Şərq

Əsas mövzular