Terror qurbanları arasında uşaqların sayı dəhşət doğurur

© © AFPРядом с местом теракта в мечети эр-Роуда неподалеку от города Эль-Ариш, 24 ноября 2017 года
Рядом с местом теракта в мечети эр-Роуда неподалеку от города Эль-Ариш, 24 ноября 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 24-də Misirin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı partlayış baş verib

BAKI, 25 noyabr — Sputnik. Misirin Sina yarımadasında məsciddə törədilən terror aktı nəticəsində ölənlərin sayı 305-ə çatıb. Sputnik Azərbaycan bu barədə "Reuters"-ə istinadən xəbər verir.

Məlumata görə, ölənlərin 27-si uşaqdır.Terror aktı zamanı 109 nəfər də xəsarət alıb.

Qeyd edək ki, noyabrın 24-də Misirin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı partlayış baş verib. Daha sonra terrorçular məsciddən qaçan insanlara atəş açmağa başlayıblar. Şahidlərin sözlərinə görə, terrorçular yaralıları daşıyan təcili yardım maşınlarına da atəş açıblar.

Ölkədə üçgünlük matəm elan olunub.

Xəbər lenti
0