Tramp türklərə söz verdi: Bir də olmayacaq

© AFP 2023 / NICHOLAS KAMM Президент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ştatlar prezidenti Donald Trampın Ərdoğanla telefonda danışdığını deyən nazir, dialoqun müsbət keçdiyini söyləyib

BAKI, 25 noyabr — Sputnik. "Cənab Tramp açıq şəkildə bizə söz verdi ki, ABŞ bundan sonra YPG-yə silah göndərməyəcək". Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

Birləşmiş Ştatlar prezidenti Donald Trampın Ərdoğanla telefonda danışdığını deyən nazir, dialoqun müsbət keçdiyini söyləyib.

"Biz amerikalı dostlarımıza dəfələrlə söylədik ki, YPG-ni PKK terror təşkilatının Suriyadakı qolu olaraq görürük. Ancaq təəssüf ki, onlar əsas müttəfiqləri Türkiyənin etirazlarına baxmayaraq terrorçulara ağır silah göndərməyə davam etdilər. Lakin sevindirici haldır ki, cənab Tramp prezident Ərdoğanla son telefon danışığında YPG-yə bir daha silah göndərilməyəcəyinə söz verdi" — Çavuşoğlu bildirib.

Xəbər lenti
0