Nəhayət ki, Avropa Parlamenti ədalətli qərar qəbul etdi

© REUTERS / Vincent KesslerAvropa Parlamenti, arxiv şəkli
Avropa Parlamenti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
PKK-çıların parlament binasına girişinə və təbliğat aparmasına qadağa qoyulub

BAKI, 24 noyabr — Sputnik. Avropa Parlamenti terrorçu qruplaşmalara, həmçinin də PKK-ya qarşı yeni sanksiya tətbiq edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni qərarla terror təşkilatı təmsilçilərinin Avropa Parlamentinə dəvət olunması qadağan edilib.

Qərara əsasən, PKK-çıların parlament binasına girişinə və təbliğat aparmasına qadağa qoyulub.

Rəsmi Ankara Avropa Parlamentinin qərarını alqışlayıb. Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, Türkiyə dövləti qərarın icrasını yaxından izləyəcək.

Xəbər lenti
0