16:48 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
398 0 0

"Heç bir tibbi müdaxilə edilmir, təcili əməliyyat olunmalıdır"

BAKI, 24 noyabr — Sputnik. 5 il əvvəl hərbi çevrilişlə vəzifədən uzaqlaşdırılan, daha sonra həbs edilən Misirin demokratik yolla seçilmiş prezidenti Məhəmməd Mursidən yeni xəbər var. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, onun oğlu Əhməd Mursi atasının səhhətinin pis olduğunu açıqlayıb.

Misirin sabiq prezidenti Məhəmməd Mursi
© AP Photo / Ahmed Omar
Misirin sabiq prezidenti Məhəmməd Mursi

"5 ilə yaxındır ki, zindanda olan atamın vəziyyəti pisləşib. Rejim onun diabet olduğunu çox yaxşı bilir. Heç bir tibbi müdaxilə edilmir. Təcili əməliyyat olunmalıdır" — oğul Mursi deyib.

Sabiq dövlət başçısı Məhəmməd Mursiyə ən yaxın adamlardan olan Abdulmunim Abdulmaksud mediaya açıqlayıb ki, eks-prezidentin şəkəri çox aşağı düşüb və onun həyatı üçün təhlükə yaranıb.

Əlaqədar

Məhəmməd Mursi azadlığın bir addımlığında
Məhəmməd Mursi barəsindəki edam hökmü ləğv edildi
Misir məhkəməsi Məhəmməd Mursiyə ömürlük həbs cəzası verdi
Məhəmməd Mursi həbsxanada oğlu ilə görüşüb
Amerikalı konqresmenlər Mursinin edamına qarşı çıxdılar
Teqlər:
Əhməd Mursi, Məhəmməd Mursi, Misir, həbs, hərbi çevriliş

Əsas mövzular