11:46 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8825
Süleyman Kərimov

Qafqazlı milyarderdən 5 milyon avro girov tələb olunur

© Sputnik / Aleksey Filippov
DÜNYA
Qısa URL
83 0 0

Rusiyalı senator Süleyman Kərimov Fransada həbsxanada yatmayacaq

BAKI, 23 noyabr — Sputnik. Rusiyalı senator Süleyman Kərimov Fransada həbsxanada yatmayacaq. Lakin bunun üçün o, ölkədə qalmalı və 5 milyon avro girov qoymalıdır.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu Nitsa şəhərinin prokuroru Jan-Mişel Pretr deyib.

Həmçinin senatorun üzərinə öhdəlik qoyulub ki, o, həftədə bir neçə dəfə polisə getməli, pasportunu verməli və bir sıra şəxslərlə əlaqə saxlamamalıdır.

Daha əvvəl Kərimova qarşı vergilərdən yayınma və pulların yuyulması ittihamı elan edilib.

O, bu həftənin bazar ertəsi Nitsada saxlanılıb. Çərşənbə günü isə Kərimov sorğu üçün məhkəməyə gətirilib. Prosedura əsasən, məhkəmə araşdırmaçısı (bizdə dövlət ittihamçısı — red.) saxlanılan şəxs barədə həbs qətimkan tədbirinin seçilməsini məqsədəuyğun sayır. Hakim isə bunun əksinə olan tədbiri seçir.

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Fransa hökumətinə rəsmi nota göndərib. Bununla yanaşı Fransadakı vəziyyətə aydınlıq gətirmək üçün müvəqqəti işlər vəkili ölkəyə çağırılıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, senator Kərimov diplomatik pasport daşıyır və onun maraqlarının müdafiəsi istiqamətində iş gedir.

Lakin Fransa XİN-in rəsmi nümayəndəsi bəyan edib ki, Kərimovun diplomatik toxunulmazlığı yalnız onun rəsmi səlahiyyətləri çərçivəsindəki hərəkətlərinə aiddir və bunun hazırkı vəziyyətə şamil edilib-edilməməsini məhkəmə müəyyən edəcək.

Süleyman Kərimov Federasiya Şurasının Dağıstandan olan üzvüdür.

Rusiya parlamentində təmsil olunan qafqazlı milyarderdir. O, Rusiyanın ən varlı və nüfuzlu şəxslərindən biri hesab olunur. 1966-cı ildə Dərbənddə doğulub. 1998-ci ildən "Nafta-Moskva" investisiya holdinqinin sahibi olan Kərimov "Forbes" jurnalinın versiyasına əsasən milyonçuların reytinq cədvəlində 217-ci yerdə gedir. "Forbes" ən varlı sahibkarların reytinqində isə onun adını 21-ci yerdə yerləşdirib.

Əsas mövzular