CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir ölkədə Skype bağlandı

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidSkype
Skype - Sputnik Azərbaycan
Abunə olmaq
Skype-a qədər isə, Çində Whatsapp messenceri bağlanmışdı

BAKI, 23 noyabr — Sputnik. Çində Skype proqramı bağlandı. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tətbiq App Store və Google Playdan mobil ttəbiq mağazalarndan silinib. Mobil ttəbiqin Çin hökümətinin qanunlarını pozuduğuna görə silindiyi bildirilir.

Məsələ ilə bağlı Apple şirkətindən bildirilib ki, Çin İctimai Təhlükəsizlik Nazirliyi şirkətə səsli mesajların ötürülməsi üçün bir sıra protokolların yerli qanunvericiliyinə uyğun olmadığı barədə xəbərdarlıq edib. Bu səbəbdən də tətbiqlər Çində olan mobil tətbiq mağazalarından silinib.

Rəsmi olaraq Google Play-in Çində təmsilçiliyi olmasa da, vətəndaşlar bir çox tətbiqlərdən istifadə edə bilirdi. Ancaq etirazlardan sonra Android üçün olan bütün tətbiqlər silinib.

Xatırladaq ki, Çin hakimiyyəti dünyanın ən böyük proqram istehsalçıları, o cümlədən Google, Facebook və Twitter-dən Gmail-in bir sıra sosial şəbəkələrə və xidmətlərə çıxışlarını bağlayıb. Skype- a qədər isə, Çində Whatsapp messenceri bağlanmışdı.

Xəbər lenti
0