Dolların məzənnəsi fantastik həddə çatdı

© Sputnik / Anton Denisov / Mediabanka keçidМужчина пересчитывает доллары США, фото из архива
Мужчина пересчитывает доллары США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə dolların məzənnəsi rekordu təzələyib

BAKI, 21 noyabr — Sputnik. Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün rekordu təzələyib. Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, USD/TL məzənnəsi bu gün 1 faiz artımla 3.97 səviyyəsini də aşaraq tarixi rekord səviyyəyə yüksəlib.

Dollar və avro - Sputnik Azərbaycan
Dollar və avronun rəsmi məzənnəsi açıqlandı

Türk lirəsi "Bloomberg"in təqib etdiyi 24 inkişaf edən ölkə valyutası arasında ən çox dəyər itirən pul vahidi olub. Avro/TL 4.6747, Fund-sterlinq/TL də 5.23 ilə rekordu təzələyib. Türk lirəsi ilin əvvəlindən bəri avro qarşısında da 20 faiz ucuzlaşıb. Lirə ilin əvvəlindən bəri dollar qarşısında 12 faiz düşüb və 5-ci ili də dollara qarşı itki ilə bağlamağa hazırlaşır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın inflyasiyanın aşağı düşməsi üçün faizlərin azaldılması ilə bağlı açıqlamaları, ABŞ və Avropa ilə diplomatik problemlər və s. buna mənfi təsir göstərib.

USD/TL məzənnəsi son olaraq bu ilin 11 yanvarında 3.9415 ilə rekord səviyyəyə gəlmişdi.

Xəbər lenti
0