Tanınmış jurnalist güllələndi

© Sputnik / Irade JELILПистолет и боеприпасы к нему, фото из архива
Пистолет и боеприпасы к нему, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Jurnalist xəstəxanaya yerləşdirilib, hadisəni törədən şəxs isə qaçıb

BAKI, 20 noyabr — Sputnik. Türkiyənin "Akit" telekanalının aparıcısı Ali Tarakçı küçə ortasında güllələnib. Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, hadisə İstanbulun Esenyurt səmtində baş verib.

© Photo : haberhazirTürkiyənin "Akit" telekanalının aparıcısı Ali Tarakçı
Türkiyənin Akit telekanalının aparıcısı Ali Tarakçı - Sputnik Azərbaycan
Türkiyənin "Akit" telekanalının aparıcısı Ali Tarakçı

Məlumata görə, yolda avtomobili ilə hərəkət edən Tarakçı, tıxac zamanı başqa bir sürücü ilə mübahisə edib. Avtomobilindən enən qəzəbli sürücü Ali Tarakçını ayağından güllələyib.

Jurnalist yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs isə qaçıb. Polis cinayətkarın axtarışına davam edir.

Xəbər lenti
0