Bütöv bir ölkəni güldürən adam

© Sputnik / Vasily Malyshev / Mediabanka keçidLeonid Qayday
Leonid Qayday - Sputnik Azərbaycan
Abunə olmaq
Onun çəkdiyi filmlər arasında "I" əməliyyatı və Şurikin başqa macəraları", "Qafqaz əsiri", "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir", "Sportloto-82" kimi filmləri göstərmək olar

BAKI, 19 noyabr — Sputnik. Bu gün məşhur sovet kinorejissoru, ssenaristi və aktyoru Leonid Qaydayın anım günüdür. Sputnik Azərbaycan xəbər verir ki, Leonid Qayday 1923-cü ildə Amur vilayətində anadan olub.

Leonid Qayday ilk təhsilini İrkutskda yerləşən dəmiryol məktəbində alıb. Daha sonra o, Böyük Vətən Müharibəsində iştirak edib. Müharibədə yaralanan Leonid orduya yararsız hesab olunub. 1947-ci ildə o, İrkutsk vilayətinin dram teatrının teatr studiyasında təhsil alıb, işıqçı və aktyor kimi çalışmağa başlayır.

19491955-ci illərdə rejissorluq fakültəsində təhsilini davam etdirib. Filmlərinin ssenarisini demək olar ki, həmişə özü yazıb. Bu filmlərdəki bir çox ifadələr xalqın dilində zərb-məsələ çevrilib. Onun "Brilyant əl" kinokomediyası prokatda birinci yer tutub. Onun çəkdiyi filmlər arasında "I" əməliyyatı və Şurikin başqa macəraları", "Qafqaz əsiri", "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir", "Sportloto-82" kimi filmləri göstərmək olar. 1970-ci illərdə daha çox rus klassiklərinin əsərlərini ekranlaşdıran Qayday 1981-1988-ci illərdə "Fitil" kinojurnalı üçün müxtəlif maraqlı süjetlər çəkib.

L.İ. Qayday məşhur aktrisa Nina Qrebenşikova ilə ailə həyatı qurub.

Leonid Qayday 19 noyabr 1993-cü ildə vəfat edib.

Xəbər lenti
0