Sürücünü 32 km qovan polis sürprizlə qarşılaşdı

CC0 / jarmoluk / DriverМужчина за рулем автомобиля, фото из архива
Мужчина за рулем автомобиля, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O, polis avtomobillərinin və polis təyyarəsinin təqibinə məhəl qoymayıb

BAKI, 19 noyabr — Sputnik. Yol polisi qanunu pozan sürücünü 32 kilometr təqib ediblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə ABŞ-ın Hyuston şəhərində baş verib.

Səbəbi məlum olmasa da, sürücü polislərin xəbərdarlığına məhəl qoymayıb. Kiçik bir qayda pozuntusuna görə, polisin "saxla" əmrinə tabe olmayan sürücü onlardan qaçmağa çalışıb. Bir neçə polis avtomobilinin və polis təyyarəsinin təqibinə məhəl qoymayan sürücünü, sonradan yerə tikanlı məftil çəkməklə saxlamaq mümkün olub.

Nəhayət, sürücü avtomobili saxlayıb və mühərriki söndürüb. Gerisi isə heç də asayiş keşikçilərinin gözlədiyi kimi olmayıb.

Avtomobildən düşən sürücü polislərin qarşısında rəqs etməyə başlayıb. Bundan sonra polislər onun üzərinə polis iti buraxıblar. Polislərin açıqlamasına görə, onlar cinayətkarın qaçacağından qoxduqları üçün polis itindən istifadə ediblər.

Xəbər lenti
0