Gömrükdə inanılmaz əməliyyat: 2,2 milyon manatlıq siqaret tutuldu

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidSiqaretlər, arxiv şəkli
Siqaretlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyat uğurla başa çatıb, qaçaqmalçılar hüquq mühafizə orqanları tərəfindən saxlanıblar

BAKI, 17 noyabr — Sputnik. Türkiyədə Atatürk limanında gömrük işçiləri tərəfindən keçirilən yoxlama zamanı böyük miqdarda siqaret qaçaqmalçılığının qarşısı alınıb.

© Photo : milliyet.com.trQaçaqmal siqaretlər
Qaçaqmal siqaretlər - Sputnik Azərbaycan
Qaçaqmal siqaretlər

Sputnik Azərbaycan "Milliyyet"-ə istinadən xəbər verir ki, qaçaqmalçılar 5 milyon lirə (təxminən 2,2 milyon manat) dəyərində 5 min siqaret qutusunu su qabları, rezin ayaqqabı, cips paketlərində, hətta çörəyin içində keçirməyə cəhd ediblər.

Əməliyyat uğurla başa çatıb, qaçaqmalçılar hüquq mühafizə orqanları tərəfindən saxlanıblar.

Xəbər lenti
0