Qocalar evi yandı, 20-dən çox ahıl xəsarət aldı

CC0 / 12019 / fireYanğın, arxiv şəkli
Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İnsanlar küçəyə qaçmağa çalışsa da, qocalar xilas ola bilməyib

BAKI, 17 noyabr — Sputnik. ABŞ-da qocalar evində yanğın olub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Pensilvaniyadakı yanğın zamanı 20 nəfər xəsarət alıb.

Yanğın zamanı xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb. Tibbi yardım alan ahılların həyatına təhlükə yoxdur.

Məlumata görə, cümə axşamı gecə saatlarında başlayan yanğın böyük sürətlə ətrafa yayılıb. Bir çoxları küçəyə qaçmağa müvəffəq olsalar da, 20 nəfərdən çox yaşlı şəxs xəsarət alıb.

Xəbər lenti
0