Dünyanı dəyişəcək yenilik gəlir: artıq təqdim olundu - Foto

© REUTERS / Alexandria SageTesla
Tesla - Sputnik Azərbaycan
Abunə olmaq
Daha çox turistlər üçün nəzərdə tutulan lüks avtobusa oxşayan “Tesla Semi” indiyə qədər istehsal edilmiş ən etibarlı və ən rahat TIR kimi təqdim olunub

BAKI, 17 noyabr — Sputnik. ABŞ-ın “Tesla” şirkəti "Tesla Semi" elektrik yük maşınının prototipini təqdim edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, maşının təqdimatı Kaliforniya ştatının Xotorn şəhərindəki anqarda keçirilib və televiziya ilə birbaşa nümayiş olunub.

© REUTERS / Tesla/Handout via REUTERSTesla Roadster 2
Tesla Roadster 2 - Sputnik Azərbaycan
Tesla Roadster 2

“Tesla”-nın sahibi İlon Mask, yük maşınının 2019-cu ildən buraxılmağa başlanacağını açıqlayıb. O, maşının birdəfəyə 800 km gedə biləcəyini, ümumiyyətlə isə ona 1 milyon mil (1.61 milyon km) zəmanət verdiklərini bildirib.

Daha çox turistlər üçün nəzərdə tutulan lüks avtobusa oxşayan “Tesla Semi” indiyə qədər istehsal edilmiş ən etibarlı və ən rahat TIR kimi təqdim olunub. Mask bildirib ki, maşında dörd ayrı mühərrikin olacaq və o, yüksüz olduqda 5 saniyəyə 100 km sürət yığır.

İlon Mask daha bir sürprizə imza ataraq, “Tesla”-nın üstüaçıq yeni idman rodsteri də təqdim edib. Qırmızılı rəngli bu avtomobil cəmi 1,9 saniyəyə 100 km sürət yığır və 2020-ci ildən kütləvi şəkildə buraxılacaq.

Xəbər lenti
0