16:06 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Lotereya, arxiv şəkli

İnanılmaz təsadüf: Bir gündə iki cekpotda 1 milyon uddu

© AFP 2018 / MARK RALSTON
DÜNYA
Qısa URL
81 0 0

Qadın bunu inanılmaz təsadüf adlandırıb

BAKI, 16 noyabr — Sputnik. ABŞ-ın Şimali Karolina ştatında yaşayan Mişel Şuffler gün ərzində lotereyada iki dəfə cekpotun qalibi olub. Sputnik Azərbaycan bu barədə “The Sun”a istinadən məlumat verir.

Bir gündə iki dəfə cek-potun qalibi olmuş Mişel Şuffler
Bir gündə iki dəfə cek-potun qalibi olmuş Mişel Şuffler

Qalibin sözlərinə görə, birinci bileti spontan şəkildə alıblar: “Ərimin bir qədər nağd pulu var idi. O, son anda bilet almaq qərarına gəldi”. Biletin müdafiə təbəqəsini silən qadın, 10 min dollar udduğunu aşkar edib.

Bir neçə saat sonra Şuffler və həyat yoldaşı başqa biq köşkdə daha bir lotereya bileti alıblar. Onların bu dəfə də bəxti gətirib. İkinci bilet 1 milyon dollar udub. Qadın bunu inanılmaz təsadüf adlandırıb.

Şuffler bütün uduşu birdəfəyə götürmək əvəzinə, hər il 50 min dollar götürməklə, 20 il ərzində almaq qərarına gəlib. O, bu pulu uşaqlarının universitetlərdə təhsilinə xərcləmək niyyətindədir.

Əlaqədar

Bakıda keçirilən lotereyada 1 nəfər mənzil, 4 nəfər avtomobil qazanıb
Avstraliya vətəndaşı lotereyada böyük bir ada udub
Yüz günlük lotereyanın qalibləri bəlli oldu
Lotereyada 76 milyon avro qazandı
Teqlər:
cekpot, milyon dollar, Şimali Karolina, uduş, lotereya, bilet

Əsas mövzular