“Lənkəranskinin adamları - Lotu Quli” qarşıdurmasının görüntüləri yayıldı – Video

© AFP 2023 / YASIN AKGULTürk polisi, arxiv şəkli
Türk polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Namiq Canıyev qardaşının ölümündə adı hallanan Lotu Qulinin öldürülməsi üçün "Şirinlər"ə 5 milyon dollar təklif edib

BAKI, 16 noyabr — Sputnik. Türkiyənin "Hürriyet" xəbər portalı Lotu Quliyə qarşı hazırlanan sui-qəsd əməliyyatının yeni videosunu yayımlayıb.

Sputnik Azərbaycan ölkə.az-a istinadən xəbər verir ki, İstanbulun İncirli səmtindəki ticarət mərkəzində "Şirinlər" qruplaşmasına qarşı keçirilən əməliyyatda 13 nəfər saxlanılıb. Onlardan 4-ü azərbaycanlıdır və saxlanılanların üzərində 9 ədəd tapança olub.

Məlum olub ki, ticarət mərkəzinin təhlükəsizlik xidmətinin rəhbəri saxlanılan şəxsləri X-ray cihazının altından keçirməyib. İstintaq çərçivəsində təhlükəsizlik xidmətinin rəisi də saxlanılıb.

Mütəşəkkil cinayətkarlıq idarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar Bakırköy məhkəməsinə göndərilib. Onlar hakim qarşısında cavab verəcəklər.

Xəbər lenti
0