00:19 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Planetlər, arxiv şəkli

Yaşayış üçün yararlı planet tapıldı

CC BY 2.0 / Raven Vasquez / Extrasolar planet WASP-11b/HAT-P-10b
DÜNYA
Qısa URL
325 0 0

Alimlər hesab edirlər ki, planetin səthində temperatur mənfi 60-dan müsbət 20-yə qədər dəyişir

BAKI, 16 noyabr — Sputnik. Cənubi Avropa rəsədxanasının (ASO) astronomları "Ross 12" qırmızı cırtdan ulduzunun əsasən qayalıqlardan ibarət kiçik ekzoplanetə malik olmasını müəyyən ediblər. Alimlər hesab edirlər ki, "Ross 128b" adı alan və öz Günəşindən optimal məsafədə yerləşən obyekt Yer kürəsinin səthində olan şəraitə malik olmalıdır.

Sputnik Azərbaycan oxu.xz-a istinadən xəbər verir ki, alimlərin məqaləsi "Astronomy & Astrophysics" jurnalında dərc edilib, elmi iş barədə qısa press-reliz isə "EurekAlert!" saytında yerləşdirilib.

Ekzoplanet Çilinin "La-Silya" rəsədxanasında üzərinə "High Accuracy Radial velocity Planet Searcher" (HARPS) spektoqrafı quraşdırılmış 3,6 metrlik teleskop vasitəsi ilə aşkarlanıb. Teleskop ulduzların sürətini yüksək dəqiqliklə ölçə bilir, bu da onların planet sisteminə malik olmasının müəyyən etməyə kömək edir.

"Ross 128b" Yerdən Günəşə olan məsafə ilə müqayisədə öz ulduzuna 20 dəfə yaxın olmasına baxmayaraq, ekzoplanet Yer kürəsindən cəmi 1,28 dəfə çox istilik alır. Alimlər hesab edirlər ki, planetin səthində temperatur mənfi 60-dan müsbət 20-yə qədər dəyişir. Astronomlar bildiriblər ki, hələlik planetin orbitinin yaşayış zonasında yerləşməsi barədə dəqiq məlumat vermək mümkün deyil.

Əlaqədar

Alimləri qorxudan kəşf: planet suyun altında qalacaq
MKİ yadplanetlilərin bizim planetə niyə gəldiyini açıqladı
Dünya böyüklüyündə 10 yeni planet kəşf edildi
ABŞ-ın qərarı planetin iqliminə belə təsir edəcək
Həyatın mövcud olduğu planeti tapdılar
Teqlər:
ekzoplanet, Günəş, Yer, teleskop, kəşf, astronomlar, planet

Əsas mövzular