19:26 30 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
270 0 0

Rayn Dilon, Türkiyəyə PYD ilə vuruşmaqdansa, bütün gücünü İŞİD-ə sərf etməyi məsləhət görüb

BAKI, 15 noyabr — Sputnik. İŞİD-ə qarşı beynəlxalq koalisiyanın amerikalı mətbuat katibi Rayn Dilon gözlənilməz etiraf edib. İraqın paytaxtı Bağdadda video konfrans vasitəsilə jurnalistlərin suallarını cavablandıran Dilon, PKK-nın Suriyadakı qolu olan PYD/YPG-ni Türkiyədən qoruyacaqlarını bildirib. Sputnik Azərbaycan bu barədə "Hürriyet"-ə istinadən xəbər verir.

Jurnalistlərdən birinin "Türkiyə ordusu PYD-nin nəzarətində olan Suriyanın Afrin şəhərinə müdaxilə etməyə hazırlaşır, planınız nədir" sualına Dilon, "Hələlik belə bir şey eşitməmişik, ancaq baş versə, əlbəttə müttəfiqimiz PYD-ni qoruyacağıq" cavabını verib.

Rayn Dilon əlavə edib ki, Türkiyə PKK-nın qolu olan PYD ilə vuruşmaqdansa, bütün gücünü İŞİD-ə sərf etsə daha yaxşı olar.

Xatırladaq ki, dünən İngiltərənin BBC telekanalı ABŞ-ın PYD ilə birgə Raqqada həyata keçirdikləri hərbi əməliyyatla bağlı şok videogörüntülər paylaşıb. Həmin görüntülərdə ABŞ və PYD-li döyüşçülərin İŞİD terrorçularının şəhəri tərk etmələrinə şərait yaratdıqları, onlara 1 güllə belə atmadıqları görünür.

Qeyd edək ki, rəsmi Ankara PYD-ni PKK terror təşkilatının Suriyadakı qolu hesab etsə də, ABŞ başçılıq etdiyi Qərb ittifaqı sözügedən terrorçulara ağır silah yardımı göndərməyə davam edir.

Əlaqədar

İsraildən açıqlama: "Biz PKK-nı terrorçu olaraq görürük, amma..."
İrandan Türkiyəyə sürpriz "PKK" təklifi
PKK-dan Amerikaya çağırış: türkləri durdurun
Suriyanın bölüşdürülməsi planı razılaşdırıldı, pay bölgüsündə PKK da var
"PKK-çıları döyün" əmrini Ərdoğan özü verib
Teqlər:
xain etiraf, Rayn Dilon, PYD, PKK, Beynəlxalq koalisiya, Türkiyə, İŞİD

Əsas mövzular