04:07 20 Noyabr 2017
Canlı yayım
Səsvermə

Daha bir xalq eynicinsli nikahlara "hə" dedi

© AFP / RICHARD BOUHET
DÜNYA
Qısa URL
138 0 0

Ölkədə homoseksual nikahların qanuniləşdirilməsi üçün səsvermə keçirilib

BAKI, 15 noyabr — Sputnik. Daha bir ölkədə eynicinsli nikahların qanuni sayılmasına qərar verilib. Sputnik Azərbaycan "İndependent"-ə istinadən xəbər verir ki, Avstraliyada homoseksuallar arasında nikahların qanuniləşdirilməsi üçün səsvermə keçirilib.

Əhalinin 80%-nin iştirak etdiyi səsvermədə 61,6% homoseksual nikahlara "hə" cavabını verib. Nəticələr elan ediləndən sonra insanlar küçələrə çıxaraq hadisəni qeyd ediblər.

Baş nazir Malkolm Törnbel yeni ilə qədər qanun layihəsinin parlamentdən keçiriləcəyini söyləyib. Nazir qərarı dəstəklədiklərini bildirib.

Qeyd edək ki, səsvermə poçt vasitəsilə 2 ay ərzində keçirilib.

Əlaqədar

Ölkəmizdə homoseksuallarla bağlı həyəcan təbili
İŞİD-ə qarşı "Homoseksualların Üsyançı Qurtuluş Ordusu" yaradıldı
Homoseksuallarla bağlı xəbər ortalığı qarışdırdı
Homoseksuallıq xəstəlik deyil, həyat tərzidir
Teqlər:
eynicinsli nikahlar, homoseksual, Avstraliya, səsvermə

Əsas mövzular