06:09 25 Noyabr 2017
Canlı yayım
ABŞ polisi

ABŞ-da yenə insanları güllələdilər: ölənlər və yaralılar var

© REUTERS/ Brendan McDermid
DÜNYA
Qısa URL
10 0 0

Hadisəni törədən şəxs polis tərəfindən güllələnib

BAKI, 15 noyabr — Sputnik. ABŞ-ın Kaliforniya ştatında, Ranço Texama şəhərciyindəki ibtidai sinif məktəbinin yaxınlığında atışma olub.

Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bu barədə ölkə televiziyaları məlumat yayıb.

"CBS" teleşirkətinin verdiyi məlumata görə, hadisə Red-Blaff şəhərindən cənubda baş verib. Belə ki, naməlum şəxs insanlara atəş açıb. Nəticədə 5 nəfər ölüb. Onlardan ən azı 3-nün uşaq olduğu bildirilir.

Hadisə zamanı yaralananların sayı 4 nəfərə çatıb. Onlardan 3-ü uşaqlardır. Lakin yaralıların dəqiq sayı açıqlanmır.

Yerli KİV atışma zamanı çoxsaylı yaralıların olduğunu bildirir. Qeyd olunur ki, məktəbliləri hadisə yerindən vertolyotla daşıyırlar.

Hadisəni törədən şəxs polis tərəfindən güllələnib.  

Qeyd edək ki, ilkin məlumatda hadisənin məktəbdə baş verdiyi bildirilirdi.

Əlaqədar

ABŞ-da kilsədə dəhşət yaşandı, 30-a yaxın ölən var
ABŞ-a 11 dəqiqəlik şok yaşatdı: hər kəs o adamı axtarır
ABŞ-ı qana boyayan şəxsin yaxalanma anı - VİDEO
ABŞ-da ikinci "Stiven Paddok" olayı, ölənlər var
Abşerondakı "terror yuvasından" son xəbər
Teqlər:
Ranço Texama şəhəri, Kaliforniya ştatı, ölənlər, yaralılar, atəş, ABŞ

Əsas mövzular