06:09 25 Noyabr 2017
Canlı yayım
Məhəmməd bin Salman

Səudiyyə şahzadəsi kimə “tabe ol” əmri verdi?

© Sputnik / Sergey Guneyev
DÜNYA
Qısa URL
157 0 0

Trampın Səudiyyə Ərəbistana səfərindən sonra iki dövlət arasında, o cümlədən Riyad-Tel-Əviv xəttində ciddi yaxınlıq müşahidə olunur

BAKI, 14 noyabr — Sputnik. İngiltərənin "The Times" qəzetində Fələstin məsələsi ilə bağlı diqqətçəkən məqalə yayımlanıb. Sputnik Azərbaycan xəbər verir ki, qəzetin yazdığına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlman, Fələstin lideri Mahmud Abbasa Amerikanın "Yaxın Şərqdə Sülh" planına tabe olması üçün təzyiq göstərir.

ABŞ prezidenti Donald Trampın məsləhətçisi, həm də kürəkəni olan Jerad Kuşnerin tez-tez Səudiyyə Ərəbistanına səfər etməsi də qəzetdə xüsusi vurğulanıb.

"Kuşner Riyadda olarkən şahzadə Səlmanla İsrail-Fələstin mövzusunda saatlarla danışıq aparıb. Kürəkən qayınatası Trampın "Yaxın Şərqdə Sülh" planı barədə ərəb vəliəhdə ətraflı məlumat verib" – "The Times" yazıb.

Məlumata görə, Jerad Kuşnerlə danışıqlardan sonra Məhəmməd bin Səlman mütəmadi olaraq Fələstin rəhbəri Mahmud Abbasla telefonla danışıb. O, Abbasa "Tramp planını açıqlayanda, ona tabe ol, amerikalılar nə deyirsə tabe ol" deyib. Mahmud Abbasın şahzadəyə nə cavab verdiyi barədə isə xəbər yoxdur.

Qeyd edək ki, Donald Trampın avqust ayında Səudiyyə Ərəbistanına səfərindən sonra iki dövlət arasında, o cümlədən Riyad-Tel-Əviv xəttində ciddi yaxınlıq müşahidə olunur. Son olaraq Səudiyyə Ərəbistanının müftisi Əbdüləziz Əl-i Şeyx müsəlman aləmində ciddi qınağa səbəb olan fitva verib. O, “Həmas”ın terrorçu təşkilat olduğunu, İsrailə qarşı savaşmağın caiz olmadığını, üstəlik “Hizbullah”a qarşı İsrail ilə ittifaqa girilə biləcəyini söyləyib.

Əlaqədar

Ərdoğanla Səudiyyənin gələcək kralı arasında qalmaqal
ABŞ-ın Səudiyyə planı və rəsmi Bakının neytrallıq siyasəti
Səudiyyə Ərəbistanında "yumşaq" çevriliş: İzlər Amerika və Türkiyəyə aparır
Səudiyyə Ərəbistanının zəvvarlara qarşı sərt qərarı qüvvəyə mindi
Putindən Səudiyyə kralına vacib xatırlatma
Teqlər:
Fələstin lideri Mahmud Abbas, Məhəmməd bin Səlman, The Times, "Hizbullah", Həmas, Donald Tramp, Səudiyyə Ərəbistanı, İsrail

Əsas mövzular