Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qonşumuzda yanacaq problemi – Bahalaşdı

© AFP 2023 / THOMAS SAMSONParisdə yanacaqdaoldurma mənətəsi, arxiv şəkli
Parisdə yanacaqdaoldurma mənətəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yanacağın qiymətinin artması dünya bazarında neftin qiymətinin artması, dollar və avronun milli valyuta olan lariyə qarşı bahalaşması ilə əlaqələndirilir

BAKI, 14 noyabr — Sputnik. Gürcüstanda son 2 ayda yanacağın qiymətində artım müşahidə olunur. Sputnik Azərbaycan-ın xəbərinə görə, APA bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadla məlumat yayıb.

Qeyd edilir ki, yanacağın qiyməti orta hesabla 10 tetri bahalaşıb. Oktyabr-noyabr aylarında dizel yanacağının qiyməti 6-11 tetri, benzinin qiyməti isə 5-10 tetri artıb.

Gürcüstanda yanacağın qiymətinin artması dünya bazarında neftin qiymətinin artması, dollar və avronun milli valyuta olan lariyə qarşı bahalaşması ilə əlaqələndirilir.

Xəbər lenti
0