04:03 20 Noyabr 2017
Canlı yayım
Kürd yaraqlıları

Kürdlər silahı yerə qoydular

© REUTERS/ Ari Jalal
DÜNYA
Qısa URL
24 0 0

Regional rəhbərlik İraq Ali Məhkəməsinin müstəqillik referendumunun ləğvinə dair qərarına qarşı çıxmayacaqlarını bildirib

BAKI, 14 noyabr — Sputnik. İraqın şimalındakı kürd muxtariyyəti mərkəzi hökumətin verdiyi qərarlara tabe olacaqlarını açıqlayıb. Sputnik Azərbaycan bu barədə "Timeturk"-ə istinadən xəbər verir. Regional rəhbərlik İraq Ali Məhkəməsinin müstəqillik referendumunun ləğvinə dair qərarına qarşı çıxmayacaqlarını bildirib.

Xatırladaq ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyəti Türkiyə, İran və İraq hökumətlərinin xəbərdarlıqlarına baxmayaraq müstəqillik referendumu keçirmiş, referendumun nəticələri İsraildən savayı heç bir dövlət tərəfindən tanınmamışdı.

Daha sonra İraq ordusu muxtariyyətin idarəçiliyində olan bir neçə mübahisəli şəhəri, o cümlədən Kərkükü hərbi əməliyyatla mərkəzi hökumətin idarəçiliyinə qaytarmışdı. Əməliyyata İran və Türkiyə Silahlı Qüvvələri kəşfiyyat dəstəyi vermişdi. Noyabrın 6-da isə İraqın Konstitusiya Məhkəməsi kürdlərin müstəqillik referendumunun ləğvinə dair hökm çıxarmışdı.

Qeyd edək ki, 1 noyabr tarixində regional hökumətin başçısı Məsud Bərzani düzgün müdafiə taktikası seçə bilmədiyinə görə vəzifəsindən istefa verib.

Əlaqədar

"Kürdüstan fiaskosu" və ya Bərzani niyə "yıxıldı"?
Vəziyyət nəzarətdən çıxdı, kürdlər bir-birilərini qırırlar
Kürdlər Kərkük əməliyyatına cavab verdilər: konsulluğa hücum oldu
Şahinoğlu: “Referendum keçirməklə kürdlər hər şeydən məhrum oldular”
Kürd yaraqlılarına daha bir zərbə
Teqlər:
Türkiyə, hökumət, kürd muxtariyyəti, İraq

Əsas mövzular