15:00 23 Noyabr 2017
Canlı yayım
Şəkərli diabet

Bəşəriyyəti ağuşuna alan xəstəlik: 15 il sonra 500 milyon olacaq...

© Sputnik / Vitaly Belousov
DÜNYA
Qısa URL
184 0 0

Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir

BAKI, 14 noyabr — Sputnik. Noyabrın 14-ü ümumdünya diabetə qarşı mübarizə günüdür. Sputnik Azərbaycan xəbər verir ki, bu tarix 1991-ci ildən başlayaraq hər il məşhur Kanada fizioloqu Frederik Bantinqin doğum günündə qeyd olunur.

Frederik Bantinq professor Con Makleodla birlikdə insulin hormonunu kəşf edib. Bu günün qeyd olunmasında məqsəd diabetlə bağlı qlobal məlumatlılığı artırmaq və bu xəstəliyin inkişafının qarşısını almağın yollarını axtarmaqdır.

Hazırda dünyada 220 milyondan artıq adam diabet xəstəliyindən əziyyət çəkir. Lazımi tədbirlər görülməsə 2030-cu ilə qədər bu rəqəmin 2 dəfədən çox artacağı ehtimal olunur. Diabetdən ölüm hallarının təxminən 80 faizi əhalinin gəlirləri aşağı və orta səviyyədə olan ölkələrin payına düşür.

Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir.

2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir.

Əlaqədar

Bu meyvə artıq çəkinin və şəkərli diabetin düşmənidir
Şəkərli diabet xəstəliyi zamanı düzgün qidalanma
Tibb elmini alt-üst edən kəşf
Bu gün tibb işçilərinin peşə bayramıdır
Bizə adi görünən bu xəstəlik tibb elmi üçün sirr olaraq qalır
Teqlər:
Ümumdünya Diabet Günü, insulin, Frederik Bantinq, diabet, xəstəlik

Əsas mövzular