100 illik tarix: Bütün dünyada yıxılır, bu ölkədə dəbə minir

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidKarakas şəhəri, arxiv şəkli
Karakas şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Açılış mərasimi Bolivar prospektində baş tutub

BAKI, 13 noyabr — Sputnik. Venesuelada Vladimir Leninin büstü qoyulub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Lenin büstü bazar günü Venesuelanın paytaxtı Karakasda açılıb.

Açılış mərasimi Bolivar prospektində baş tutub.

​Qeyd edək ki, 7 noyabr inqilabının 100 illiyi Venesuelada təntənəli şəkildə keçirilib. Karakasda prezident Nikolas Maduranın da iştirak etdiyi böyük mitinq keçirilib.

Prezident çıxışı zamanı qeyd edib ki, bolşevik inqilabından 100 il keçməsinə baxmayaraq, xalq Lenini onunla birlikdə getməyə çağırır. "Biz Lenini çağırırıq ki, bizimlə getsin! Bu insanlar da sənindir. Yaşasın Lenin! Yaşasın Trotskiy! Yaşasın Çaves və Maduro!" – deyə Venesuelanın rəhbəri bildirib.

Xəbər lenti
0