Rusiya daha bir müsabiqəyə qayıdır

© REUTERS / Maxim ShemetovÜzündə Rusiya bayrağı çəkmiş qız
Üzündə Rusiya bayrağı çəkmiş qız - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili ikinci zərbənin arzuolunmaz olduğunu vurğulayıb

BAKI, 9 noyabr — Sputnik. “Rusiya “Eurovision 2018”-dən imtina etməlidir”. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya Dövlət Dumasının Mədəniyyət Komitəsinin sədri Stanislav Qovoruxin belə hesab edir. O, bunu, müsabiqə təşkilatçılarının rusiyalı iştirakçılara bundan əvvəlki münasibətləri ilə əsaslandırıb.

Qeyd edək ki, Portuqaliyada keçirilən "Eurovision-2018" müsabiqəsinin təşkilatçıları müsabiqədə iştirak edənlərin siyahısını açıqlayıblar. Siyahıda Rusiya da daxil olmaqla 42 ölkə var.

Xatırladaq ki, ötənilki final Kiyevdə keçirilmişdi. Həmin yarışmada Rusiyanı Yuliya Samoylova təmsil etməliydi. Ancaq Ukrayna Təhlükəsizlik Xidməti, müğənninin Krımda çıxış etməsi səbəbindən, onun 3 il müddətinə ölkəyə daxil olmasını qadağan etmişdi. Avropa Yayım Birliyi, Rusiyadan müsabiqəni peyk vasitəsilə yayımlamağı və ya yarışma iştirakçısının dəyişdirməsini təklif etsə də, Moskva yarışdan imtina etmişdi.

"Mən düşünürəm ki, biz bir dəfə zərbə almışıq və bu bizə ikinci dəfə lazım deyil. Ləyaqətimizi qorumalı və yarışmada iştirak etməkdən imtina etməliyik" – deyə Qovoruxin bildirib.

Millət vəkili qeyd edib ki, o, "Eurovision" müsabiqəsini sevmir və onu yaradıcılıq hesab etmir.

Xəbər lenti
0