17:51 13 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
DÜNYA
Qısa URL
124 0 0

Türkiyəli yazıçı daha sonra jurnalistə erməni dilində müraciət edərək, “ermənilərin ağrısı onun ağrısıdır” – deyib

BAKI, 6 noyabr — Sputnik. Türkiyənin məşhur yazıçısı Kemal Yalçın “Amerikanın səsi” radiostansiyanın Ermənistan xidmətinə müsahibəsində ermənilərdən qondarma “1915-ci il soyqırımına” görə üzr istəyib.

Sputnik Azərbaycan Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

“İlk növbədə istəyirəm ki, türklər, ermənilər, kürdlər və bütün bəşəriyyət əmin-amanlıq içində yaşasınlar, bir-biri ilə düşmən olmasınlar. 100 il ərzində ermənilər soyqırımın tanınması uğrunda mübarizə aparıblar, türklər isə onu inkar etməkdən yorulublar. Soyqırım əksər ölkələr tərəfindən tanınır, Türkiyə isə qəbul etmək istəmir. Mən inanıram ki, Türkiyə bir gün ermənilərin soyqırımı faktını tanıyacaq. Gələcək nəslimizin sülh içində yaşamağını istəyirəm” – deyə K.Yalçın bildirib.

Türkiyəli yazıçı daha sonra jurnalistə erməni dilində müraciət edərək, “ermənilərin ağrısı onun ağrısıdır” – deyib.

“Mənim sevimli erməni bacım, sənin ağrın mənim ağrımdır. Bir türk olaraq bütün ermənilərdən üzr istəyirəm. Bağışlamaq çətindir, lakin bağışlanılmaq daha çətindir, məni bağışlayın!” – deyə K.Yalçın vurğulayıb.

Əlaqədar

Bütün Avropa məkanında qondarma "erməni soyqırımı" qərarları ləğv ediləcək
Fransada "erməni soyqırımı"nı inkar etmək cinayət sayılmayacaq
İsrail parlamenti qondarma "erməni soyqırımı"nın tanınması məsələsini gündəmdən çıxardı
"Yaxın zamanda digər ölkələr də “erməni soyqırımı”nı tanıya bilərlər"
Almaniya bundestaqı qondarma "erməni soyqırımı"nı tanıdı
Teqlər:
üzr istədi, Ermənistan KİV-i, Kemal Yalçın, "erməni soyqırımı", Türkiyə

Əsas mövzular