Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nazir qaçqın qadının üzərindən maşınla belə keçdi

CC0 / Pexels / Car MirrorЗеркало заднего вида, фото из архива
Зеркало заднего вида, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirin mühafizəsi qadının "bir az xəsarət ala biləcəyi"ni inkar etməyib

BAKI, 6 noyabr — Sputnik. Danimarkanın immiqrasiya məsələləri üzrə naziri İnger Stoyberq mühacirlərin əlindən qaçmalı olub və bu zaman maşınla mühacir qadının üzərində keçib. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, nazir sığınacaq verilməsində imtina edilmiş mühacirlərin saxlanıldığı deportasiya mərkəzində olub. Miqrantlar nazirin mərkəzdə yaşayan cəmi bir ailə ilə görüşməsindən və digərlərinə qulaq asmaq istəməməsindən narazı qalıblar.

Gərginlik artmağa başlayanda mühafizə naziri küçəyə çıxarıb. Həmin vaxt avtomobilin yanında naziri gözləyən təxminən 40 nəfər olub. Həmin şəxslər Stoyberqə getməyə mane olmaq istəyiblər. Maşın yerindən tərpənəndə bir qadın özünü avtomobilin üstünə atıb və müvazinətini saxlaya bilməyərək yerə yıxılıb. Bunun ardınca avtomobil qadının üzərindən keçib. Nazir isə maşını saxlamayaraq gedib. Daha sonra nazirin mühafizəsi qadının "bir az xəsarət ala biləcəyi"ni inkar etməyib.

Xəbər lenti
0