Türkiyə gəmisi müəmmalı şəkildə yoxa çıxıb

© Sputnik / Rahim MuradovBura Qafqazın məşhur Qara dəniz sahillərindən daha üstün hesab olunur
Bura Qafqazın məşhur Qara dəniz sahillərindən daha üstün hesab olunur - Sputnik Azərbaycan
Abunə olmaq
Gəminin qəzaya uğradığı ehtimal edilir

BAKI, 1 noyabr — Sputnik. Türkiyənin "Bilal Bal" adlı yük gəmisi, ölkənin Qara dəniz sahillərindəki Şile rayonunda radarlardan itib. Sputnik Azərbaycan-ın məlumatına görə, xəbəri NTV kanalı yayıb.

Qeyd olunur ki, gəmi Mərmərə dənizindəki Gemlik portundan Qara dənizdəki Erikli portuna gedərkən 10 nəfərlik ekipajı ilə birlikdə yoxa çıxıb. Türkiyənin sahil-mühafizə xidməti axtarış-xilasetmə tədbirləri həyata keçirir. Onlar hələlik sadəcə xilasedici jiletlər və içi boş rezin qayıqlar tapıblar. Gəminin qəzaya uğradığı ehtimal edilir.

Xəbər lenti
0