Karles Puçdemon Belçikadan sığınacaq məsələsinə aydınlıq gətirdi

© REUTERS / Albert Geaİspaniyanın Kataloniya Muxtar bölgəsinin rəhbəri Karles Puçdemon
İspaniyanın Kataloniya Muxtar bölgəsinin rəhbəri Karles Puçdemon - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə Puçdemon bu gün Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib

BAKI, 31 oktyabr — Sputnik. İspaniya hökuməti tərəfindən Kataloniyanın rəhbəri vəzifəsindən uzaqlaşdırılan Karles Puçdemon Belçikadan sığınacaq istəmək niyyətində deyil.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Puçdemon bu gün Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

O, Belçika paytaxtına sığınacaq almaq yox, təhdidlərdən yayınmaq üçün gəldiyini qeyd edib. Puçdemon evə dəqiq nə vaxt qayıdacağına aydınlıq gətirməyib və bunun İspaniya hökumətinin zəmanətlərindən asılı olacağını söyləyib.

Xəbər lenti
0