Türkiyə Baş Qərargah rəisinin həbs görüntüsü yayıldı - Video

© AP Photo / Burhan OzbiliciHulusi Akar, Türkiyə generalı
Hulusi Akar, Türkiyə generalı - Sputnik Azərbaycan
Abunə olmaq
Görüntülərdə, Baş Qərargah rəisi Hulusi Akarın xuntaçı əsgərlər tərəfindən iqamətgahdan çıxarılaraq "Akıncı" hərbi bazasına aparılması əks olunur

BAKI, 31 oktyabr — Sputnik. Türkiyədə 15 iyul 2016-cı ildə yaşanan çevrilişə cəhd gecəsi ilə bağlı yeni görüntülər yayılıb. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, görüntülərdə ordu rəhbəri, ölkənin Baş Qərargah rəisi Hulusi Akarın xuntaçı əsgərlər tərəfindən iqamətgahdan çıxarılaraq "Akıncı" hərbi bazasına aparılması əks olunur. Elə bu ərəfədə Qərargahın önündə toplaşan yüzlərlə vətəndaş, ordu generalını aparmağa çalışan çevrilişçilərə mane olmağa çalışır.

Xəbər lenti
0