Vəziyyət nəzarətdən çıxdı, kürdlər bir-birilərini qırırlar

© REUTERS / Suhaib Salemİraq polisi, arxiv şəkli
İraq polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məsud Bərzaninin tərəfdarları parlamentə hücum ediblər

BAKI, 30 oktyabr — Sputnik. İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətinin mərkəzi olan Ərbil şəhərində, parlamentin yaxınlığında atışma baş verib. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, dünən istefa verən muxtariyyət lideri Məsud Bərzaninin tərəfdarları parlamentə hücum ediblər. Kürd polisi hücumun qarşısını çətinliklə də olsa, ala bilib.

Bərzani tərəfdarları daha sonra, Duhok vilayətində yerləşən "Kürdüstan Yurdsevərlər Birliyi" partiyasının qərargahını yandırıblar. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Xatırladaq ki, dünən İraq Kürdüstanı Muxtariyyətinin rəhbəri Məsud Bərzani istefa verib. O, istefa məktubunu parlamentə təqdim edərək, 1 noyabrda bitən vəzifə səlahiyyəti müddətinin uzadılmamasını istəyib.

Məsud Bərzani istefa məktubunda qeyd edib ki, ABŞ-ın göz yumması səbəbilə və bəzi kürd siyasilərin satqınlığı ucbatından İraq ordusu Kərkük, Süleymaniyə, Mosul və digər şəhərləri peşmərgədən geri alıb.

Xəbər lenti
0