Türkiyədə İŞİD-ə üzv olmaqda şübhəli sayılan 2 azərbaycanlı saxlanılıb

© Sputnik / Andrey SteninThe flag of the radical Islamist organization Islamic State of Iraq
The flag of the radical Islamist organization Islamic State of Iraq - Sputnik Azərbaycan
Abunə olmaq
Bursada keçirdiyi əməliyyat zamanı 2-i Azərbaycan, 28-i Suriya vətəndaşı olmaqla, 39 şübhəli şəxs saxlanılıb

BAKI, 29 oktyabr — Sputnik. Son iki gündə Türkiyədə Ankara, İstanbul və İzmir başda olmaqla, 8 rayonda İŞİD terror təşkilatına qarşı geniş miqyaslı əməliyyat keçirilib.

APA-nın verdiyi məlumata görə, ümumilikdə terror təşkilatına üzv olmaqda şübhəli sayılan 143 şübhəli saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri zamanı çoxlu sayda tapança, ov tüfəngi, sursat, terror təşkilatına məxsus sənədlər aşkarlanıb. Hüquq-mühafizə orqanlarının Bursada keçirdiyi əməliyyat zamanı 2-i Azərbaycan, 28-i Suriya vətəndaşı olmaqla, 39 şübhəli şəxs saxlanılıb. 

Xəbər lenti
0