Bu müharibə də atəşkəslə bitdi

© AFP 2023 / Marwan IBRAHIM İraqda kürd döyüşçüləri, arxiv şəkli
İraqda kürd döyüşçüləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Koalisiya :Mərkəzi Bağdad hökuməti və Ərbil rəhbərliyi atəşkəslə bağlı razılığa gəliblər

BAKI, 27 oktyabr — Sputnik. İraq ordusu ilə ölkənin şimalındakı Kürdüstan Muxtar Vilayəti arasında atəşkəs elan edilib. Sputnik Azərbaycan Reuters-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ rəhbərliyində İŞİD-ə qarşı vuruşan koalisiya yayıb.

"Mərkəzi Bağdad hökuməti və Ərbil rəhbərliyi atəşkəslə bağlı razılığa gəliblər" — koalisiyadan bildirilib.

Sentyabrın 25-də İraqın şimalındakı regional rəhbərliyin müstəqillik referendumu keçirməsindən sonra, mərkəzi hakimiyyətə bağlı İraq ordusu Kərkük, Süleymaniyə, Mosul və digər şəhərlərə əməliyyat keçirərək həmin bölgələrin idarəçiliyini peşmərgədən geri alıb.

Qeyd edək ki, kürdlərin müstəqillik referendumunu dünya dövlətlərindən heç biri tanımır.

Xəbər lenti
0