14:15 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
631 0 0

İraq ordusu və Haşdi-Şabi silahlıları Mosul şəhərinin şimalından peşmərgənin mövqelərinə doğru hücuma keçib

BAKI, 26 oktyabr — Sputnik. Sentyabrın 25-də İraqın şimalında keçirilən müstəqillik referendumundan sonra ölkədə gərginlik səngimək bilmir. Son olaraq Kərkük və Süleymaniyə vilayətlərini kürd silahlılardan azad edən İraq ordusu, bu dəfə Mosulda peşmərgə ilə üz-üzə gəlib.

Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, Mosulda ciddi silahlı qarşıdurma yaşanır. Məlumatı İraqın şimalındakı regional rəhbərliyin təhlükəsizlik komitəsi yayıb.

"İraq ordusu və Haşdi-Şabi silahlıları Mosul şəhərinin şimalından peşmərgənin mövqelərinə doğru hücuma keçib" — komitədən bildirilib.

Silahlı insident nəticəsində Haşdi-Şabi qruplaşmasına aid 2 tankın yararsız hala düşdüyü qeyd olunub. Xatırladaq ki, İraq ordusu dünən Mosulun şimalındakı Rabia sərhəd keçid məntəqəsini ələ keçirmişdi.

Əlaqədar

İraq ABŞ-ın təklifinə sərt reaksiya göstərdi
İraq ordusundan daha bir zəfər
İraq ordusu daha bir şəhəri peşmərgədən geri aldı
Mirzəbəyli: “İraq ordusu sadəcə Kərküklə kifayətlənməyəcək”
"İraq ordusunun Kərkük əməliyyatı tam qanuni və zəruridir"
Teqlər:
Haşdi-Şabi, peşmərgə, Mosul, İraq, ordu

Əsas mövzular