02:37 24 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8906
Barselonada terror aktı, 17 avqust 2017-ci il

Avqust terrorunda əli olan şəxs yaxalandı

© AFP 2019 / Josep LAGO
DÜNYA
Qısa URL
22 0 0

Saxlanılan 52 yaşlı kişi yeni döyüşçülərin yığılması və təlimləndirilməsində şübhəli bilinir

BAKI, 25 oktyabr — Sputnik. İspaniya polisi Madriddə İŞİD-ə üzvlükdə şübhəli bilinən şəxsi saxlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri Xuan İqnasio Soido "Twitter" profilində məlumat verib.

​O, bildirib ki, saxlanılan 52 yaşlı kişi yeni döyüşçülərin yığılması və təlimləndirilməsində şübhəli bilinir.

Xatırladaq ki, bu il avqustun 17-də İspaniyada terror aktı baş vermişdi. Əvvəlcə Barselonada Ramla küçəsində avtofurqon piyada keçidindən keçən kütləyə çırpılmışdı. Daha sonra analoji hadisə Barselonanın 120 kilometrliyindəki Kambrlisdə baş vermişdi. Terror hadisələri zamanı 16 nəfər həlak olmuş, 130 nəfər xəsarət almışdı. Terroru İŞİD öz üzərinə götürmüşdü.

Əlaqədar

İspaniya qəzeti Azərbaycandan üzr istədi
İspaniyanın Kataloniya bölgəsində gözlənilən oldu
İspaniyadan "Kürdüstan"a maraqlı telefon zəngi
İspaniya "qırmızı xətt"i keçdi
İspaniya müsəlmanları etiraza qalxdılar
Teqlər:
İŞİD, Xuan İqnasio Soido, Barselona, Madrid, İspaniya

Əsas mövzular