Misli görünməmiş miqdarda narkotik maddə ələ keçirildi

© AFP 2023 / DIANA SANCHEZKokain
Kokain - Sputnik Azərbaycan
Abunə olmaq
Keçən il 363 ton, bu ilin əvvəlindən isə artıq 337 ton kokain müsadirə edilib

BAKI, 25 oktyabr — Sputnik. Kolumbiyada polis, təkcə son 10 ayda 337 ton kokain müsadirə edib. Məlumatı ölkənin müdafiə naziri Luis Karlos Vilyeqas verib. Sputnik Azərbaycan MK-ya istinadən xəbər verir ki, bu, digər dünya ölkələri ilə müqayisədə misli görülməmiş bir statistikadır.

"Keçən il polis əməkdaşları 363 ton, bu ilin əvvəlindən isə artıq 337 ton kokain müsadirə edib" — ölkənin müdafiə naziri bildirib.

Qeyd edək ki, Kolumbiya, Peru və Boliviya kokainin "qara bazar"dakı əsas tədarükçüləri sayılır.

Xəbər lenti
0