Ərdoğan ən yaxın adamlarından birinin istefasına belə reaksiya verdi

© REUTERS / Murat Cetinmuhurdar/Presidential Palace/HandoutTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bələdiyyə sədrinin istefası ilə eyni vaxtda Ərdoğandan diqqətçəkən mesaj gəldi

BAKI, 24 oktyabr — Sputnik. Dünən Ankara Böyükşəhər Bələdiyyə sədri Məlih Gökçək, prezident Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra, "Twitter" hesabından açıqlama yayıb. Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, Gökçək 28 oktyabrda istefa verəcəyini bildirib.

© AFP 2023 / ADEM ALTAN Ankara Böyükşəhər Bələdiyyə sədri Məlih Gökçək
Ankara Böyükşəhər Bələdiyyə sədri Məlih Gökçək - Sputnik Azərbaycan
Ankara Böyükşəhər Bələdiyyə sədri Məlih Gökçək

O, həmin gün bələdiyyədə iclas keçirəcəyini və hər kəslə vidalaşdıqdan sonra vəzifəsindən ayrılacağını açıqlayıb. Bələdiyyə sədrinin istefa verəcəyini açıqlaması ilə eyni zamanda, prezident Ərdoğan "Twitter" hesabında diqqətçəkən mesaj yazıb.

"Biz bu yola kreslo, vəzifə sevdası ilə çıxmadıq. Xalqa xidmət eşqi ilə çıxdıq. Biz gənclərdən qorxan, onlardan çəkinən, yerini gənclərə verməyi düşünməyənlərdən olmadıq, heç vaxt da olmayacağıq. Mən gənclərə inanıram, sahib olduqları imkanların haqqını ödəyəcəklərinə ürəkdən inanıram" — Ərdoğan bildirib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl, üç şəhərin bələdiyyə sədrlərini istefaya çağırmışdı. Artıq Bursa Böyükşəhər Bələdiyyə sədri Rəcəb Altəpə gözlənilən açıqlamanı verərək istefa edib.

Xəbər lenti
0