17:20 16 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
Fətullah Gülən, 15 mart 2014-cü il

Fətullah Gülənlə bağlı yeni iddia

© AP Photo / Selahattin Sevi
DÜNYA
Qısa URL
230 0 0

"Fətullah Gülənin ABŞ kəşfiyyatı ilə əlaqələrinin olmadığını düşünmək saflıqdır"

BAKI, 24 oktyabr — Sputnik. Türkiyənin ABŞ-dakı keçmiş səfiri Faruk Loğoğlu, 15 iyul çevriliş cəhdində şübhəli bilinən Fətullah Gülən haqda maraqlı fikirlər səsləndirib. O, Gülənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələrinin olduğunu deyib. "Əksini düşünmək saflıq olar" — səfir bildirib.

Sputnik Türkiyə xəbər verir ki, ölkənin "Takvim" qəzetinə danışan diplomat, Vaşinqtonun Fətullah Güləni Ankaraya verməyəcəyini iddia edib: "FETÖ-nün Amerikadakı varlığı, statusu qanunlara nə dərəcə uyğundur? Ağ Ev bunu araşdırmaq belə, istəmir, halbuki istəsə, araşdırar".

"165 ölkədə fəaliyyət göstərən, sözdə türk məktəblərinin rəhbərləri, ən seçkin müəllimləri ABŞ vətəndaşlarıdır. Onların Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələrinin olmadığını düşünmək saflıqdır" — keçmiş səfir qeyd edib.

Əlaqədar

Fətullah Güləndən təlimat: "Bəzi vacib şəxsləri öldürməliyik"
Fətullah Gülən hansı dinə tapınır?
Fətullah Gülən 15 iyul çevriliş cəhdinin arxasında duranları açıqladı
Fətullah Gülən vətəndaşlıqdan çıxarıldı
Fətullah Gülən Türkiyəyə təhvil verilərsə...
Ərdoğan Güləni bu qitədən də qovur
Teqlər:
Faruk Loğoğlu, FETÖ, Fətullah Gülən, Mərkəzi Kəşfiyyat İdarəsi, Türkiyə, ABŞ, səfir

Əsas mövzular