Bu kənd Ginnesin Rekordlar kitabına düşüb, baxın nəyə görə

© AFP 2023 / STRÇində yol qazıntıları
Çində yol qazıntıları - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda onların sayı 17 mini keçib

BAKI, 16 sentyabr — Sputnik. Çində yol qazıntıları zamanı dinozavr yumurtaları tapılıb. Sputnik Azərbaycan türk mətbuatına istinadla xəbər verir ki, çinli işçilər Heyuanda daha 43 yumurta tapıb. Çinin cənubundakı Guandonq əyalətində olan Heyuan kəndi 2004-cü ildə "Dinozavrların evi" adı ilə Ginnesin Rekordlar kitabına düşüb.

© AFP 2023 / STRTapılmış dinozavr yumurtaları
Tapılmış dinozavr yumurtaları - Sputnik Azərbaycan
Tapılmış dinozavr yumurtaları

Araşdırmaçılar tapılan yumurtaların hansı cinsə aid olduğunu müəyyən etmək üçün analiz edəcəklər. Xatırladaq ki, Heyuan Muzeyində olan yumurtaların çoxu 89 milyon öncə yaşamış ördək cinsindən olan Oviraptor tipinə aiddir.

Onu da qeyd edək ki, dinozavr yumurtaları Heyuanda ilk dəfə 1996–cı ilində tikinti ərazisində oynayan uşaqlar tərəfindən tapılmışdı. Hazırda onların sayı 17 mini keçib.

Xəbər lenti
0