Türkiyəni qəzəbləndirən "Öcalan" portretinə ABŞ münasibət bildirdi

© REUTERS / Erik De CastroRaqqa şəhəri, 18 oktyabr 2017-ci il
Raqqa şəhəri, 18 oktyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin təkidlərinə baxmayaraq, ABŞ Raqqa əməliyyatını PKK terror təşkilatının Suriyadakı qolu olan PYD ilə birgə gerçəkləşdirib

BAKI, 20 oktyabr — Sputnik. Amerika Birləşmiş Ştatları Mərkəzi Ordu komandanlığı (CENTCOM), İŞİD-dən azad olunan Raqqa şəhərində PKK-lı terrorçuların Abdullah Öcalan portreti qaldırmasına münasibət açıqlayıb. Sputnik Azərbaycan bu barədə "Timeturk"-ə istinadən xəbər verir.

"Biz bu cür addımları dəstəkləmirik və qəbul etmirik" — mərkəzdən bildirilib.

Qeyd edək ki, Türkiyənin təkidlərinə baxmayaraq, ABŞ Raqqa əməliyyatını PKK terror təşkilatının Suriyadakı qolu olan PYD ilə birgə gerçəkləşdirib. İŞİD terrorçularından təmizlənən bölgəyə başqa bir terror təşkilatı olan PYD yerləşib.

Xəbər lenti
0