Kərkükdə qorxulan baş verdi

© REUTERS / Ari JalalKərkük, İraq
Kərkük, İraq - Sputnik Azərbaycan
Abunə olmaq
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur

BAKI, 20 oktyabr — Sputnik. İraqın Kərkük vilayətinin şimal-qərbindəki Kərkük-Ərbil yolunda İraq əsgərləri ilə peşmərgə arasında atışma başlayıb. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, atışma Kərkükdən 35 km şimal-qərbdə Altınkörpü qəsəbəsində davam edir. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Xatırladaq ki, ölkənin şimalındakı Kürdüstan Muxtar Vilayətinin sentyabrın 25-də müstəqillik referendumu keçirməsindən sonra İraqda vəziyyət gərginləşib. Son olaraq, mərkəzi hökumətə bağlı ordu birlikləri peşmərgənin nəzarətində olan bir neçə şəhərə, o cümlədən Kərkükə nəzarəti bərpa edib.

Xəbər lenti
0