Türkiyədə "konstitusion quruluşunu dəyişməyə cəhd edənlər" həbs olundu

© AFP 2023 / NICOLAS MAETERLINCK Antiterror əməliyyatı. Arxiv şəkli
Antiterror əməliyyatı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılan şübhəlilər Terrorla Mübarizə Şöbəsinə aparılıblar

BAKI, 19 oktyabr — Sputnik. İstanbulda anti-terror əməliyyatı keçirilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, təhlükəsizlik qaynaqlarının məlumatlarına əsaslanaraq, terrorla mübarizə qrupları, ötən axşam 20 ünvanda eyni zamanda basqın həyata keçirib.

Basqın zamanı 16 nəfər saxlanılıb. Təhlükəsizlik qüvvələri tərəfindən "Konstitusion quruluşunu dəyişməyə cəhd" ittihamı ilə yaxalanan şəxslərin mənzillərindən 3 ədəd 7,65 diametrində silah, bu silahlara aid güllələr və bir sıra sənədlər ələ keçirilib. Saxlanılan şübhəlilər Terrorla Mübarizə Şöbəsinə aparılıblar.

Xəbər lenti
0