Amerikalılar qorxunc xəbər aldılar

© AFP 2023 / DOUG KANTERЧеловек стоит в обломках теракта 11 сентября 2001 года в Нью-Йорке, фото из архива
Человек стоит в обломках теракта 11 сентября 2001 года в Нью-Йорке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da növbəti "11 sentyabr" təlaşı

BAKI, 19 oktyabr — Sputnik. ABŞ-da növbəti "11 sentyabr hadisəsi" baş verə bilər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik işlər naziri vəzifəsini icra edən Elein Dyuk, Londondakı ABŞ səfirliyində çıxışı zamanı açıqlama verib.

O, qeyd edib ki, ekstremistlər, 11 sentyabr 2001-ci il hadisəsinə bənzər bir terror aktı planlaşdırırlar: "Onlar təyyarəmizi vurmaq istəyirlər. Bu barədə kəşfiyyat məlumatı var".

"İŞİD sıxıntılı dövr keçirir. Onlar maliyyə axınını təmin etmək və var olduqlarını hiss etdirmək üçün belə addımlar atmağa çalışırlar" — Dyuk bildirib.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də ABŞ-da "Əl-Qaidə" terrorçuları sərnişin təyyarələrini ələ keçirərək, onlardan ikisini Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin binasına çırpmışdılar.

Hadisə zamanı 2977 nəfər, o cümlədən 343 yanğınsöndürən və 60 polis işçisi həlak olub. Terror hadisəsi zamanı, təkcə ABŞ vətəndaşları deyil, digər ölkələrin vətəndaşları da həlak olmuşdular.

Xəbər lenti
0