ABŞ Türkiyə ilə çəkişmədə geri addım atdı

© REUTERS / Joshua RobertsТрибуна с микрофоном перед Белым домом, фото из архива
Трибуна с микрофоном перед Белым домом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev administrasiyası yeni qərarla, tibbi və humanitar vəziyyətlərdə, Türkiyə vətəndaşlarına viza veriləcəyini açıqlayıb

BAKI, 17 oktyabr — Sputnik. Oktyabrın 8-də, gözlənilməz qərarla, miqrantlar xaric, digər bütün Türkiyə vətəndaşlarına viza qadağası tətbiq edən ABŞ hökuməti, qismən geri addım atıb. Ağ Ev administrasiyası yeni qərarla, tibbi və humanitar vəziyyətlərdə, Türkiyə vətəndaşlarına viza veriləcəyini açıqlayıb.

Американская виза, фото из архива - Sputnik Azərbaycan
Bu da viza qadağasının ilk "qurbanları"

Sputnik Azərbaycan "Sabah"-a istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Ankaradakı səfirliyi yayıb. Səfirliyin bəyanatından sonra açıqlama verən Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ, yeni qərarı müsbət qiymətləndirdiklərini deyib.

"Ümid edirik ki, viza verilməsi qaydaları tam əvvəlki vəziyyətə qayıdacaq" — Bozdağ bildirib.

Xatırladaq ki, ABŞ-ın Ankaradakı Baş konsulluğunun əməkdaşı, türkiyəli Metin Topuzun həbs edilməsindən sonra, Amerika Birləşmiş Ştatları Türkiyə vətəndaşlarına vizaların verilməsini dayandırmışdı. Metin Topuz, keçən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı törədilmiş çevriliş cəhdinə görə məsuliyyət daşıdığı iddia olunan terror şəbəkənin aparıcı üzvləri ilə müntəzəm olaraq ünsiyyət qurmaqda ittiham edilir.

Xəbər lenti
0